Reabiltasiya vasitələri təqdim edilib

  • SpaceTV
  • 4 Dekabr 2019 15:27

Ölkəmiz 2006-cı ildə “Fiziki məhdudiyyətli şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulub. Hər il 3 dekabr tarixində Beynəlxalq Əlillər Günü bütün dünyada, eləcə də Azərbaycanda xüsusilə qeyd edilir. Masallı Rayon Məşğulluq Mərkəzinin inzibati binasında bu əlamətdar gün münasibətilə 11 nəfər fiziki məhdudiyyətli sakinə əlil arabası, bir nəfərə isə protez ayaq verilib. Onlar öz sevinclərini bizimlə bölüşüblər. Dünən analoji aksiya Lənkəran, Astara rayonlarında da həyata keçirilib və ümumilikdə 11 nəfərə əlil arabası verilib. Qeyd edək ki, əlillik dərəcəsi olan vətəndaşlar bölgələrdəki tibbi-sosial ekspert komissiyalarına müraciət etdikdən sonra onların reabilitasiya vastələri ilə təminatı həyata keçirilir.

Hər il Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür.

Rövşən Almasoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun