Razılıq əldə oluna bilər

  • SpaceTV
  • 29 Avqust 2019 12:25

Taliban ABŞ-la razılığın əldə olunmasına çox yaxın olduğunu bildirib.  Bu barədə Talibanın Dohadakı siyasi mərkəzinin sözçüsü Suheyl Şahin deyib.“Ümid edirik ki, müsəlman, azadlıq istəyən xalqımız üçün tezliklə xoş xəbərlərimiz olacaq”, deyə o bildirib.

Müzakirələrlə bağlı məlumatlı olan iki mənbə danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edən ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Kabilə qısamüddətli səfərinin gözlənildiyini və prezident Əşrəf Qani ilə görüşəcəyini bildirib. Əfqanıstan yüksək çinli təhlükəsizlik rəsmisi Taliban və ABŞ rəsmilərinin 14 aydan 24 ayadək müddətdə amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı razılığa gəldiklərini bildirib.

Qeyd edək ki, Taliban və ABŞ arasında danışıqların 9-cu mərhələsi ötən həftə Dohada başlayıb. Bu arada isə ABŞ Kolumbiyanın paytaxtında Venesuela üçün müvəqqəti diplomatik ofis açacağını bəyan edib.  Space TV məlumat verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib. Ofisi Kolumbiyanın paytaxtı Boqota şəhərində yerləşəcək diplomatik nümayəndəliyə müvəqqəti işlər vəkili Ceyms Stori rəhbərlik edəcək. Diplomatik nümayəndəlik Venesuelada demokratiya və konstitusiya quruluşunun bərpası, Venesuela xalqının təhlükəsizliyi və rifahı üçün çalışacaq” deyə bildirilib.

Qeyd edilib ki, diplomatik nümayəndəlik özünü müvəqqəti prezident elan etmiş prezidenti Xuan Quaydo hökuməti, Milli Assambleya, Venesuela vətəndaş cəmiyyəti və Venesuela xalqı ilə əməkdaşlıq edəcək.Əlavə edək ki, hazırda Əfqanıstanda 14000-lik ABŞ ordusu var.

Paylaş

 Xəbəriniz olsun