Rayonun Borsunlu kəndində yanğın baş verib.

  • SpaceTV
  • 28 Yanvar 2020 13:17

 Goranboyda mənzildə yanğın olub. 44 yaşlı kişi xəsarət alıb.

Tez bir zamanda alov ətrafa yayıldığından onu ram etmək çətinləşib. Hadisə yerinə yanğın söndürənlər çağrılıb alov söndürülüb. Yanğın zamanı ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı ev sahibinin qohumu 44 yaşlı Yaşar Ələkbərov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirlən zərərçəkənə tibbi yardım göstərilib.Yanğının baş vermə səbəbləri araşdırılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun