Rayonlarda günəbaxan sahələri genişlənib

  • SpaceTV
  • 8 Avqust 2019 15:41

SPACE.TV-məlumat verir ki, Ağstafadan 150 kilometr uzaqda  yerləşən Goranboy   rayonunun fermerləri  artıq bir necə ildir ki, Kürətrafı kəndlərdə günəbaxan  sahələri əkib becərməklə məşğul olur. Ağstafada  münbit  torpaqlar eləcə də, suvarma imkanları  bu rayona  gəlməyə  sövq edib. Demək olar ki, məhz  goranboylu  fermerlərin sayəsində  rayonda  günəbaxan əkini  4-5  dəfə   artıb.

Goraboydan gəlmiş 5 iri fermer ümumilikdə 1500 hektara yaxın   günəbaxan əkib. Bu da indiyədək rayon ərazisində olan  ən böyük günəbaxan sahəsidir.

Ağstafa sakini Tahir Tanrıquliyev də günəbaxanın gəlirli sahə olduğunu  deyir. Bu səbəbdən də hazırda 3 hektar ərazidə bu məhsulu becərməklə məşğuldur. Fermer deyir əgər  faydasını  görsə  gələn il əkin sahəsini birazda  genişləndirəcək.

Ümumiyyətlə  Ağstafa rayonunda  bu il  1923 hektar   günəbaxan  əkilib. Bu da  ötən ilki  rəqəmdən 900 hektar coxdur.  

Vasif Vaqifoğlu  Space- Ağstafa

Paylaş

 Xəbəriniz olsun