Rayonlara gediş-gəliş qadağandır

  • SpaceTV
  • 21 May 2020 12:12

Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranı tərk edərək, digər rayonlara getməli olan vətəndaşlar quraşdırılmış polis postlarında işlədikləri qurumun ona verdiyi ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir. Yəni ezamiyyətə gedirsə, mütləq ezamiyyət vərəqi olmalı və orada hansı məqsədlə getdiyi qeyd edilməlidir. Postlardan yalnız icazəsi olan vətəndaşlar buraxılır.

İcazəsi olmayan vətəndaşlar isə geri yönləndirilir.

Dövlət Yol Polis İdarəsinin əməkdaşı həmçinin bildirdi ki, icazəsi olmadığı halda təkidlə postu keçmək istəyən vətəndaşlara da rast gəlinir ki, onlar barəsində inzibati tədbirlər görülür.

Operativ qərargahdan verilən məlumata görə rayonlara gediş-gəlişin tam bərpa olması sanitar epidemioloji vəziyyətdən asılıdır. Bildirilir ki, mütəxəssislər nə zaman mümkün hesab edəcəklərsə ki, bu gediş-gəliş əhalimiz üçün təhlükəli deyil, o zaman bu barədə qərar veriləcək

https://youtu.be/qr70wa7uvYI

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun