Rayon sakinlərindən narkotik vasitə götrülüb

  • SpaceTV
  • 8 Oktyabr 2019 14:57

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Muxax kənd sakini Vüsal Süleymanov saxlanılıb.Şəxsi axtarış zamanı ondan 3 ədəd kibrit qutusunda ümumi çəkisi 21 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. V.Süleymanovun ətrafında davam etdirilən tədbirlərlə ona həmin narkotik vasitəni satan şəxsin həmkəndlisi İsmayıl İsayev olduğu müəyyən edilib.

Keçirilmiş tədbirlərlə İ. İsayev də  şübhəli şəxs qismində saxlanılıb və onun yaşadığı ünvana baxış keçirilən zaman 9 ədəd sellofan torbada  ümumi çəkisi 270 qrama yaxın  qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.Saxlanılan şəxslər əməllərindən peşman olduqlarını bildiriblər.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

İLKİN PİRANOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun