Rayon sakini evini yandırıb

  • Space TV
  • 1 Sentyabr 2020 13:35

Qaxda fərdi yaşayış evində yanğın baş verib. İlkin məlumata görə, yaşayış evini elə ev sahibi yandırıb. Spacetv.az-ın məlumatına görə, rayonun Uzuntala kəndində fərdi yaşayış evlərindən birində anidən yanğın başlayıb. İlkin məlumata görə, ev sahibi Cuma Kərimov ailəsi ilə birgə yaşadığı evi yandıraraq hadisə yerindən uzaqlaşıb. Yanğın yerinə Fövqaladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşın və şəxsi heyəti cəlb olunub.Yanğın zamanı 60 kv/m-lik iki otaq və bir hamamdan ibarət olan yerdən tikilmiş ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisəni törədən ev sahibi Cuma Kərimov evi yandırdıqdan sonra ərazidən qaçıb. Faktla bağlı araşdırmalara başlanılıb.

İlkin Piranov, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun