Rayon sakini bıçaqlandı

  • SpaceTV
  • 13 Avqust 2019 14:46

Space.TV-Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Axşam saatlarında rayonun Zəyəm kənd sakini, 2003-cü il təvəllüdlü Aysun Mahir qızı Muradlı qarın boşluğunda iki bıçaq yarası xəsarəti ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan verilən məlumata görə, Aysun Muradlı xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, hazırda müayinə olunur. 

Faktla bağlı araşdırma aparılır.




Paylaş

 Xəbəriniz olsun