Rayon sakini əmisini güllələyib

  • SpaceTV
  • 1 Noyabr 2019 17:48

Hadisə   Köçəsgər kəndində   Dəmir yolu  xəttinin kənarında  olan  çayxanalardan birində  baş verib  .  Beləki   51 yaşlı  Məmmədov Qalib Ələsgər oğlu   60  yaşlı  Əlləzov Yusif Əsgər oğlu il   nərd oynayarkən  qəfil   Məmmədov Sərxan Mehman oğlu   həmin şəxslərə  yaxınlaşaraq  üzərində   gətirdiyi   ov  tüfəngindən atəş açıb  və  hadisə  yerindən yayınaraq  qacıb  dərhal  ətrafdakıların köməyi ilə  yaralılar  Ağstafa rayon mərkəzi   xəstəxanasına  gətirilib. Həkim Ziyafət  Cəlilova  bildirir ki   yaralılara  İlkin tibbi  yardım  göstərilsədə  onlar  digər  xəstəxanaya  üz tutublar .

Qeyd edək ki, hadisəni  törədən  Köcəsgər kənd sakini  Sərxan Məmmədov  yaralanan  QalibMəmmədovun qardaşı oğludur  yəni  qardaş oğlu   öz əmisini  güllələyib  .Hələlik hadisənin   hansı  səbəbdən baş verməsi məlum olmasada  Rayon  hüquq  mühafizə   idarəsinin  əməkdaşları   hadisənin baş verdiyi   ünvan  eləcədə  yaralılara  baxış keciriblər . Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İlkin istintaqla hadisənin 1989-cu il təvəllüdlü, Ağstafa rayon sakini Sərxan Məmmədov Mehman oğlu  tərəfindən şəxsi münasibətlər zəminində odlu silahdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Baş prokurorluğun mətbuat  xidmətinin  böyük prokuroru Kənan Zeynalov məlumat verərək  bildirib ki Sərxan Məmmədov artıq istintaqa cəlb edilib.

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun