Ramiz Mehdiyevin qudası həbs edilib – FOTO

  • Space TV
  • 22 Avqust 2020 16:07

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy məclisi təşkil etməsi ölkə gündəmində ciddi rezonansa səbəb olub.

Spacetv.az-ın məlumatına görə,  toy sahibləri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev barəsindəki protokola baxılması üçün iş məhkəməyə göndərilib. Onlar barəsində qanuna müvafiq olaraq ölçü götürülüb.  Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmədə DİN əməkdaşı ifadə verərək saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində Heydər Əliyev küçəsində post patrul xidməti ilə hərəkətdə olarkən atəşfəşanlıq səsləri eşidilib. Polis əməkdaşları tərəfindən atəşfəşanlıq dayandırılıb və İlham Əliyevin bağ evinin qarşısında çoxlu maşınlar olub. Həyətə daxil olmağa polisə icazə verilməyib. Polislər bir nəfərə xəbərdarlıq edərək həmin ərazidən uzaqlaşıblar.

Rövşən Mustafayev ifadəsində deyib ki, nişan mərasimi ara məsafələr gözlənilməklə açıq havada keçirilib. Məhkəmənin hökmü ilə Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Paylaş

 Xəbəriniz olsun