Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 17 nəfər cərimələndi – FOTO

  • Space TV
  • 23 Avqust 2020 15:37

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha bir neçə şəxs cəzalandırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.

Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə cərimə ediliblər.

Paylaş

 Xəbəriniz olsun