Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP-ın rəhbərliyindən KƏNARLAŞDIRILDI

  • Space TV
  • 5 Mart 2021 14:04

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub.

Spacetv.az xəbər verir ki, bu barədə “Report”a İdarə Heyətindən məlumat verib.

Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.

Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.

Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

Paylaş

 Xəbəriniz olsun