Ramil Şeydayevdən Henrik Mxitaryana CAVAB

  • SpaceTV
  • 29 Sentyabr 2020 19:43

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Dağlıq Qarabağda davam edən silahlı toqquşmalarla əlaqədar dünya ictimayətinə müraciət ünvanlayan Ermənistan millisinin futbolçusu Henrik Mxitaryana cavab verib.

Spacetv.az xəbər verir ki, İtalyanın “Roma” klubunda çıxış edən H. Mxitaryan dünya ictimaiyyətinə müraciət edərək qan tökülməsini dayandırmağa çağırıb və bölgə sakinlərinin təhlükəsiz yaşamaq hüquqlarının olduğunu bildirib.

“Sabah” klubunun futbolçusu Ramil Şeydayev isə öz növbəsində erməni futbolçunun açıqlamasına münasibət bildirib.

“H. Mxitaryan İtaliya klubunun futbolçusu olmaqdan əvvəl ermənidir. Mümkündür ki, sabah oynadığı klubun formasını dəyişib “Yuventus”da, yaxud “Barselona”da oynasın. Amma o, həmişəlik erməni olaraq qalacaq. Şikayət etmək onların adət etdikləri fənddir. Onların nalələrini və şikayətlərini istənilən sahədə görürük: diplomatiyada, futbolda, döyüş meydanında və s.”, – deyə futbolçu “Azerisport” agentliyinə müsahibəsində söyləyib.

R. Şeydayev fikrinin davamında dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin  öz zamanında ermənilər barədə yazdığına da işarə edib:

“Mxitaryanın futbol oynamağı məndən bir qədər yaxşı alınsa da, ermənilərin ara qarışıdırmaq və yalan danışmaqlarını Aleksandr Serqeyeviç Puşkindən daha yaxşı təsvir edə bilməyəcəm”.

Paylaş

 Xəbəriniz olsun