Ramazanda necə qidalanmalı

  • SpaceTV
  • 27 Aprel 2020 12:35

Ramazan ayında hər il milyonlarla müsəlman sübh tezdən gün batana qədəroruc tuturlar. Artıq bir neçə ildirki, orucluq ayı yaz fəslində təsadüf edir. Yazda insan suya və yeməyə daha meyilli olur. Elə bu səbəbdən də imsaqda və iftarda  tərkibində maye olan qidalar daha çox yeyilməlidir. Əks halda orqanizmə mənfi təsir göstər bilər. Məsələn insan özünü pis hiss edər, əqli və fiziki iş fəaliyyəti zəifləyə bilər. Həkimlər imsaqda gün ərzində özümüzü yorğun və halsız hiss etməməyimiz üçün bol sulu və toxluq müddəti çox olan qidalardan istifadə etməyi məsləhət görürlər.

Ramazan ayında insanların oruc tutması immuntet zəifliyi yarada bilər. Ancaq düzgün qidalandıqda immun sistemimizi sabit saxlaya bilərik. Koronovirus pandemiyasının olduğu bir dövrdə immuniteti zəif olan insanlara daha tez yoluxduğunu nəzərə alsaq orucluqda immuniteti artıran qidalara üstünlük verməli olduğumuzu göstərir. Bəs immun sistemimizin zəifləməməsi üçün hansı qidalara üstünlük verməliyik?

Terapevt bəzən insanların tənbəllik edib imsakdan imtina etdiklərini və bunun təhlükəli olduğunu da vurğuladı.

Xatırladaq ki, təzyiq, qanazlığı nə vaxtsa infakt insult keçirmiş adamlara, onkoloji xəstələrə, ağır qan xəstəliyi olanlar hamilə və südverən qadınlara, zob xəstələrinə  oruc tutmaq olmaz. Bir çox insanlar həkimlərin bu qadağalarına məhəl qoymurlar və dini borclarını yerinə yetirdiklərini bildirirlər. Ancaq belə insanlara oruc tutmaq xəstəliklərinin ağırlaşmasına səbəb ola bilər.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun