Ramazanda 8 min uşaq acından öldü – Təcili kampaniya başladıldı

  • Space TV
  • 12 May 2020 12:50

”Sərhədsiz Həkimlər” Təşkilatı Ramazan ayında 8 mindən çox uşağın aclıqdan dünyasını dəyişməsi ilə əlaqədar yeni kampaniyaya başlayır.

SPACE TV  xəbər verir ki, silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində zərər görmüş şəxslərə tibbi yardım göstərilməsi məqsədi daşıyan beynəlxalq qeyri-hökumət təşkilatı olan

”Sərhədsiz Həkimlər” hər il 3000-dən çox könüllünü dünyanın 80-dən artıq ölkəsinə, o cümlədən, silahlı münaqişələr zonalarına da göndərir. Könüllülər bir çox qaynar nöqtələrdə işləyirlər. Eyni zamanda, «Sərhədsiz həkimlər» narkomaniya və AİDS-lə mübarizəylə bağlı maarifləndirici və profilaktik işlər də görürlər.

Bu dəfə “Sərhədsiz Həkimlər” 2012-ci ildən başladılan “Qidalanma və sağlamlıq proqramı” çərçivəsində aclıq səbəbindən sağlamlığını itirən insanların müalicəsinə başlayıb. Xüsusilə, Əfqanıstan, Somali, Nigeriya, Suriya, Şərqi Gutavə Çadda minlələ insana yardım edilib.

Proqram çərçivəsində mobil səhiyyə və qidalanma mərkəzləri qurulub. Tətbiq edilən müalicələr ölüm təhlükəsi keçirən insanları həyata qaytarır.

Qeyd edək ki, “Sərhədsiz Həkimlər”in Yəmən, Əfqanıstan və Çadda 20 qidalanma və sağlamlıq mərkəzi var. Həmçinin 11 mobil sağlamlıq qrupu pandemiya günlərində fəaliyyət göstərir.

Paylaş

 Xəbəriniz olsun