Ramananın keçilməz yolları – VİDEO

  • Space TV
  • 26 Avqust 2020 12:22

Yayda toz, qışda isə palçıqlı  yollar. Ramana qəsəbəsinin mərkəzi küçəsindən bəhs edirik. Sakinlər yollarının asfaltlanacağı günü səbirsizliklə gözləyirlər.

Space TV-nin xəbərinə görə, uzun müddətdir ki, sakinlər yolsuzluqdan əziyyət çəkirlər. Onların sözlərinə görə,  yayda tozdan qışda isə palçıqdan bu yollarda hərəkət etmək mümkün deyil.

Məsələ ilə bağlı aidiyyatı quruma müraciət etdik. Bildirildi ki, ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil  Yolları Dövlət Agentliyi tərəfindən nəinki qəsəbələrarası yolların,  həmçinin qəsəbədaxili küçə və yolların təmiri ilə əlaqədar tədbirlər planı hazırlanıb. 2019-cu ildən bu işlərə başlanılıb. Hesablamalara görə  Bakı şəhəri üzrə 60 qəsəbədə  2300 kilometr küçə və yolun təmirə ehtiyacı var. Sözügedən ərazidə küçələrin təmiri  nəzərdə tutulub ki, artıq 2020-ci ilin investisiya proqramında bu çərçivədə işlər aparılır.

Paylaş

 Xəbəriniz olsun