Ramana qəsəbəsinə yeni yol çəkilir

  • Space TV
  • 9 Yanvar 2020 17:35

İllər idi ki, yolsuzluqdan əziyyət çəkirdilər.Payız ,qış aylarında  yağışdan, palçıqdan yayda  isə toz -torpaqdan yolları keçilməz olurdu. Görüntülər Sabunçu rayonu  Ramana  qəsəbəsi, Ramana  südçülük  sovxozundandır. Artıq sakinlərin yol problemi geridə qalmaq üzrədir.

Hazırda qəsəbənin yalnız mərkəzi küçəsində asfaltlanma işləri həyata keçirilir.

Sakinlər isə deyirlər ki, 17 il öncə də bu yaşayış massivində yolların asfaltlanması yalnız  Səməd  Vurğun  küçəsində  aparılıb.Qəsəbədə yenidən asfaltlanma  işləri həyata keçirilsə də  sakinlər bildirilər ki, bu dəfə də məhlədaxili yolların asfaltlanması nəzərdə tutulmayıb.

2003-cü ildə salınan bu qəsəbəyə bu vaxta kimi kanalizasiya xəttidə çəkilməyib.

Qəsəbəyə yaxın illərdə kanalizasiya xəttinin çəkilib –çəkilməyəcəyi sualını Azərsu ASC- nə ünvanladıq.Qurumun sözçüsü Anar Cəbrayıllı bildirdi dövlət proqramına uyğun olaraq  Sabunçu  rayonu  su təchizatı və kanalizasiya sistemlərinin yenidən  qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncana  uyğun  olaraq  Sabunçu  rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. Hazırda Ramana və Zabrat qəsəbələrində icra olunan layihələr çərçivəsində tikinti-quraşdırma işləri davam etdirilsə də sözügedən  lahiyənin Ramana Südçülük soxvozunu əhatə etmədiyi bildirildi.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun