Raket tapıldı

  • SpaceTV
  • 27 Sentyabr 2019 12:35

Xızıda su kanalının yaxınlığında 72 mm-lik 9M36 raketi aşkarlanıb.

Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik dən (ANAMA) məlumat verilib. 2019-cu il 26 Sentyabr tarixində saat 11:40-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Yaşma kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalının yaxınlığına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Paylaş

 Xəbəriniz olsun