Rahat və təhlükəsiz hərəkət

  • SpaceTV
  • 18 Sentyabr 2019 17:17

Məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə Masallı RPŞ-nin dövlət yol polisi bölməsi tərəfindən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Bura yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər daxildir. 

Müəllimlər və Valideynlər də görülən bu təhlükəsizlik tədbirlərindən razılıqlarını bildirirlər. 

Qeyd edək ki, Dövlət Yol Polisi əməkdaşları tərəfindən uşaqlara küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə məktəblərdə yol hərəkəti qaydaları üzrə açıq dərslərin və digər zəruri maarifləndirici söhbətlər də nəzərdə tutulub.

Rövşən Almazoğlu Space Masallı

Paylaş

 Xəbəriniz olsun