Rafael Cəbrayılovun deputat mandatına xitam verildi

  • SpaceTV
  • 2 Oktyabr 2019 17:33

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

SPACE TV xəbər verir ki, iclasda Rafael Cəbrayılovunvun deputat mandatından məhrum edilməsi ilə bağlı müraciətə baxılıb.

MSK üzvləri müraciəti müzakirə edərək səsverməyə çıxarıblar. Qərara əsasən, Rafael Cəbrayılov deputat mandatından məhrum edilib.

Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi ilə bağlı parlamentə müraciət edib. Milli Məclis isə məsələyə baxılması üçün MSK-ya müraciət ünvanlayıb.

Paylaş

 Xəbəriniz olsun