Rəy sorğusuna qatılanların 91 faizi içməli su problemi yaşadığını açıqlayıb

  • SpaceTV
  • 12 Avqust 2020 14:37

Sosial Tədqiqatlar Mərkəzi Neftçala rayonunda əhalinin su ilə təminatına dair ictimai rəy sorğusu keçirib. Mərkəzdən spacetv.az-a verilən məlumata görə, Neftçala şəhəri və ətraf kəndləri əhatə edən sorğu rayon və  kəndlər üzrə təsadüfi qaydada seçilən 407 ev təsərrüfatı ilə keçirilib.İştirakçıların 91.7%-i son aylar içməli su ilə təminatda, bunlardan 45%-i həmçinin suvarma suyu ilə təminatda çətinlik çəkdiklərini bildiriblər.Respondentlərin cəmi 13%-i yaranan problemlə bağlı müvafiq qurumlara müraciət etdiyini açıqlayıb.İştirakçıların təqribən yarısının rəyinə görə, Prezidentin su problemləri ilə bağlı müşavirədəki çıxışından sonra aidiyyəti qurumlar problemin həllinə diqqətlə yanaşmağa başlayıb.

Paylaş

 Xəbəriniz olsun