Rəşad Sadıqov qapıçı problemini həll etdi

  • Space TV
  • 28 Avqust 2020 13:10

Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə” komandası qapıçı problemini həll edib.

Spacetv.az-ın məlumatına görə, ötən il Braziliyanın B Seriyasında çıxış edən, bu ildən C Seriyasında mübarizə aparan “Londrina” klubunun rəsmi saytı xəbər verir ki, qapıçı Mateuş Albino komandadan ayrılıb.

O, “Zirə” ilə müqavilə bağlayacaq. Futbolçu özü də bu barədə danışıb:

“Londrina” həyatımda əla imkan idi. Öz işimi, oyunumu göstərməyə imkan verən klub idi. Ancaq xaricdən gələn təklif mənim və ailəm üçün çox vacib idi. Həmişə Avropada oynamağı arzulamışam və o an gəlib”.

Qeyd edək ki, “Zirə”də millimizin üzvü Emil Balayevin “Qarabağ”a keçidindən sonra iki qolkiper qalıb. Bunlar Rəşad Əzizli və Abdulla Seyidəhmədovdur.

Paylaş

 Xəbəriniz olsun