Rəqib oyunçu Zidanın ağzına təpik vurdu

  • SpaceTV
  • 17 Fevral 2020 15:15

Ötən gecə futbol üzrə İspaniya La Liqasında keçirilən “Real” (Madrid) – “Selta” oyununda (2:2) kuryoz hadisə qeydə alınıb.

Qonaqların futbolçusu Cozef Aydu topun yan xətdən çıxmasına mane olmaq istəyərkən istəmədən təpiklə “Real”ın baş məşqçisi Zinəddin Zidanın ağzına zərbə endirib.

Fransalı mütəxəssis yerə yıxılıb. Dərhal Zidanın ayağa qalxmasına kömək edən futbolçu ondan üzr istəyib. Futbolçu və baş məşqçi epizod nəticəsində xəsarət almayıb.

Paylaş

 Xəbəriniz olsun