Müşfiq Mürşüd oğlu Hətəmov (6 may1969, Ağdam) — ssenarist, kinoprodüser, “Azərbaycanfilm” kinostudiyasının direktoru (2011–2019), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012), Azərbaycanın Əməkdar incəsənət xadimi (2016). 20.05.2021- ci il tarixində Space TV televiziyasına direktor təyin edilmişdir.
Ad və mükafatlar
-“Humay” mükafatı (“Uğurlu prodüser” nominasiyası)(2014)
-13-cü Pune Beynəlxalq Film Festivalında (Hindistan) “Nabat” bədii filminin prodüseri kimi beynəlxalq münsiflər heyətinin “Xüsusi vurğulama” mükafatı (2015)
-“Nabat” filminə görə “Ən yaxşı prodüser” nominasiyasında “Qızıl Pəri” mükafatı (2015)
-Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016-cı il)