İki lider İdlib və G7 məsələsini müzakirə edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla danışıb.
Türkiyə bürosunun məlumatına görə, telefon bağlantısı zamanı iki lider arasında İdlibdə dinc sakinlərin qorunması və insan faciəsinin qarşısını almaq məqsədi ilə iş birliyinin davam etdirilməsi qərara alınıb.
Ərdoğan G7 zirvəsində İran mövzusunda atılan addımlardan və Amerika Birləşmiş Ştatlarının səfiri Satterfieldin Türkiyəyə göndərilməsindən məmnun olduğunu bildirib.
Ərdoğan və Tramp ticarət həcminin 100 milyard dollar səviyyəsinə çıxarmaq barədə razılığa gəliblər.
Bu arada ABŞ-dan “təhlükəsiz bölgə”yə dair yeni bir açıqlama verilib.
ABŞ-ın baş qərargah rəisi Josef Dunford Türkiyənin məlum güvənlik şübhəsini aradan qaldırmaq və İŞİD-lə mübarizə arasında sabitlik yaratmaq üçün çalışdıqlarını bildirib. Amerikanın baş qərargah rəisi , Vaşinqton və Ankara idarəçilərinin, əməliyyat və koordinasiya mərkəzi yaratmaq mövzusunda razılaşdıqlarını bildirib.