Qvardiola “Barsa”ya qayıdır?

  • Space TV
  • 12 Fevral 2021 10:41

Xosep Qvardiola Münhen “Bavariya”sının klublararası dünya çempionatının finalında “Tiqres” üzərində qələbəsini (1:0) özünəməxsus tərzdə təbrik edib.

X.Qvardiolanın təbriki “Bavariya”nın “Twitter” səhifəsində dərc edilib.

“Biz fəxr edirik, mən fəxr edirəm, hamıya, xüsusən Hans-Diter Flikə, oyunçulara və texniki personala təbriklərimi çatdırıram. Lakin mən Hansa demək istəyirəm ki, siz ardıcıl altı titul qazanmış ikinci komandasınız! Sizə qədər daha bir komanda vardı – “Barselona”. Ola bilər ki, mən Messiyə və kluba zəng vurub yeddinci titul üçün oynaya biləcəymizi soruşum. Mənə deyin – harda və nə vaxt? Biz orada olacağıq!” – X.Qvardiola qeyd edib.

Paylaş

 Xəbəriniz olsun