Quyruğu alnında olan bala it görənləri təəccübləndird

  • SpaceTV
  • 15 Noyabr 2019 13:26

Amerikanın Missouri əyalətində küçədə donmaq üzərə ikən xilas edilən 10 həftəlik bala it alnındakı ikinci quyruğu ilə sosial mediada marağa səbəb olub.

SPACE TV xarici mediaya istinadla bildirir ki, heyvan sığınacağında müalicə olunan itə buynuzlu balinalardan ilhamlanaraq Narval adı verilib. Sığınacaqdakı baytarlar Narvalın alnındakı “quyruğunun” həqiqi quyruğunun üçdə biri uzunluğunda olduğunu, heyvanı incitmədiyi üçün alınmağına ehtiyac olmadığını bildirib.

Paylaş

 Xəbəriniz olsun