Quşçuluq

  • SpaceTV
  • 19 Noyabr 2019 14:48

Statistikaya görə, hazırda respublikada kı quşçuluq təsərrüfatlarında  stabil olaraq 30 500 000 (otuz milyon 500 minə) yaxın  quş bəslənilir. Onun 12 milyonu kənd təsərrüfataı müəsisələrində, 18 milyonu isə fərdi fermer təsərrüfatlarındadır.  Bu ilin on ayı ərzində 109 min tondan çox quş əti, eləcə də 1 milyard 676 min ədəd yumurta istehsal edilib. Bu isə əhalinin quş ətinə olan təlabatını 99,2 faiz ödəməyə imkan verir. Bu sahənin innovativ əsaslarla qurulması  üçün də ardıcıl işlər həyata keçirilir. Elə Göygöldəki Elmi tədqiqat Heyvandarlıq institutunda heyvandarlığın digər sahələrilə yanaşı quşçuluğun elmi bazaya və müasir texniki üsullara  söykənməsi istiqamətində araşdırmalar aparılmaqla xüsusən bu sahədə nailiyyətləri böyük olan qardaş Türkiyənin təcrbəsinin öyrənilməsinə də diaaət yetirilir. Burada mütəmadi təşkil olunan işgüzar görüşlərdə bölgənin quşçu-fermerləri faydalı bilgilərə yiyələnirlər. Burada fəaliyyətə başlayan yeni quşçuluq laboratoriyası da istehsal üçn vacib olan şərtlərin öyrənilməsi və tətbiqinə imkan yaradır.

Dövlətimizin kənd təsərrüfatının bütün sahələrinə xüsusi qayğısı aqrar istehsalçıların daha rahat şəkildə fəaliyyət göstərməsinə imkan yaradıb. Bu hal artıq quşçuluq sahəsində də əhəmiiyətli dərəcədə hiss olunur.

Zakir Muaradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun