Qusarda yeni ata olan gənc dəm qazının qurbanı oldu.

  • SpaceTV
  • 28 Yanvar 2020 13:33

Qusar şəhərinin general Mahmud Əbilov küçəsi-16 ünvanında bədbəxt hadisə baş verib.  31 yaşlı Tural  Mahruz oğlu Əliyevin kirayədə qaldığı evin həyətindəki hamamda meyiti tapılıb. Onun cansız bədənini iş yoldaşı görüb. Hüquq-mühafizə orqanları məlumatlandırılıb. Hadisə yerinə Qusar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib və baxış keçirilib. Onun ilkin olaraq, hamamda dəm qazından boğularaq öldüyü bildirilir.Mərhum Tural Əliyev Qusar şəhərində iki hərbçi yoldaşı ilə kirayədə qalıb,onun 2 aylıq qız uşağı var. Faktla bağlı araşdırma aparılır.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun