Qusarda toyda qan töküldü

  • SpaceTV
  • 13 Noyabr 2019 16:53

Qusar rayonunda toyda dava düşüb.

SPACE TV  xəbər verir ki, hadisə rayonun Gican kəndində qeydə alınıb.

Kənddə keçirilən toy mərasimində kənd sakini Əlimətov Gülməmməd Gülməd oğlu sərxoş vəziyyətdə toy məclisində həmkəndlisi, 48 yaşlı Xanbubayev Adil Sabir oğlu ilə mübahisə edib. 

Davaya çevrilən mübahisə nəticəsində G.Əlimətov A.Xanbubayevi yerə yıxaraq onu boğmaq istəyib. A.Xanbubayev özünü müdafiə üçün üzərində gəzdirdiyi bıçaqla G.Əlimətova üç bıçaq zərbəsi endirib.

Yaralı xəstəxanaya yerləşdirilib. A.Xanbubayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Paylaş

 Xəbəriniz olsun