Qusarda maşın ağaca çırpılıb, 5 nəfər xəsarət alıb

  • SpaceTV
  • 4 Sentyabr 2019 10:56

Space TV -nin şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə Qusar-Xudat yolunun Balaqusar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Zeynulla Cəbrayılovun idarə etdiyi “Mercedes” markalı avtomaşın yoldan çıxaraq idarəetməni itirib və ağaca çırpılıb.

Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun