Quş təyyarəni endirdi

  • SpaceTV
  • 15 Avqust 2019 11:15

Space.TV -RİA “Novosti”yə istinadən xəbər verir ki, Rusiyada təyyarə təcili eniş edib.

Rusiyanın “Ural Airlines” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib.

Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb.

Hava limanından kənar boş bir əraziyə endikdən sonra təyyarənin mühərriki yerindən qopub.

Məlumat üçün bildirək ki, təyyarədə  226 sərnişin və heyət üzvü olub.

Paylaş

 Xəbəriniz olsun