Quş qripi ilə əlaqədar Azərbaycandan daha iki ölkəyə qadağa qoyuldu

  • Space TV
  • 18 Fevral 2021 14:07

Finlandiya və Çexiyanın bəzi bölgələrindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məlumat verilib.

Bildirilib ki, Finlandiya Respublikasının Cənubi Finlandiya və Çexiya Respublikasının Plzen inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alındığından bu ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Finlandiya və Çexiya respublikalarından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Paylaş

 Xəbəriniz olsun