Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib

  • Space TV
  • 23 Dekabr 2019 11:28

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

SPACE TV  xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Qeyd etmək xoşdur ki, qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişafda böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu durmadan möhkəmləndirir.

Bu yaxınlarda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Sammiti çərçivəsində Sizinlə görüşümü böyük səmimiyyətlə xatırlayıram. O vaxt etimada əsaslanan açıq danışıqlar zamanı Türkmənistan-Azərbaycan dostluğunu və əməkdaşlığını bundan sonra da inkişaf etdirməyə qarşılıqlı səyimiz və buna hazır olmağımız bir daha təsdiqləndi. Qəti əminəm ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi xoşbəxtlik və firavanlıq, Azərbaycan Respublikasının qardaş xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar diləyirəm”.

Paylaş

 Xəbəriniz olsun