Qurbanların sayı arta bilər

  • SpaceTV
  • 4 Sentyabr 2019 12:24

Baham adalarında “Dorian” qasırğası qurbanlarının sayı yeddi nəfərə çatıb.

Space TV Xarici mətbuata istinadən xəbər verir ki, adaların baş naziri Hyubert Minnis bəyan edib ki, qurbanların sayı arta bilər. Onun sözlərinə görə, xəsarət alan iki nəfər xəstəxanaya gətirilib və həkimlərin müdaxiləsinə baxmayaraq vəfat ediblər.

Baş nazir əlavə edib ki, çərşənbə axşamı BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok Baham adalarına səfər edəcək.

 Atlantik okeanından gələn “Dorian” qasırğasına beşinci dərəcə verilib və bir çox ştatlarda” qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Paylaş

 Xəbəriniz olsun