Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq

  • SpaceTV
  • 10 Avqust 2019 11:17

Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş heyvan satışı və kəsimi yerlərində dezinfeksiya tədbirləri ödənişsiz aparılacaq

Space.TV yazır ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar diri heyvanların satışı və kəsimi aparılan yerlərdə dezinfeksiya tədbirləri həyata keçiriləcək. Dezinfeksiya tədbirlərinin əsas məqsədi ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və infeksion xəstəliklərin qarşısının alınmasıdır.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar müvafiq qurumlar tərəfindən müəyyən edilmiş heyvan satışı və kəsimi məntəqələrində həm bayramdan öncə, həm də stasionar və çadır tipli heyvan kəsimi məntəqələrinin yeri müvafiq qurumlar tərəfindən təmizləndikdən sonra dezinfeksiya işləri ödənişsiz olaraq aparılacaq.

Paylaş

 Xəbəriniz olsun