Qurban bayramı günlərində AQTA-nın laboratoriyaları pulsuz xidmət göstərəcək

  • SpaceTV
  • 9 Avqust 2019 12:36

“Qurban bayramı günlərində iribuynuzlu və xırdabuynuzlu heyvanların baytarlıq-sanitariya ekspertizasının aparılması ödənişsiz həyata keçiriləcək”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyib.

“Qurban bayramı günlərində respublika ərazisində AQTA-nın laboratoriyaları pulsuz xidmət göstərəcək. Heyvanların laborator müayinəsi üçün nəzərdə tutulan dövlət rüsumu bayram günlərində tətbiq edilməyəcək. Daimi kəsim məntəqələri və çadırtipli kəsim məntəqələrində bayram ərəfəsində heyvanların baytarlıq sanitariya ekspertizasının aparılması və həkim müayinələri tamamilə pulsuz aparılacaq”.

Paylaş

 Xəbəriniz olsun