QURBAN ƏTİ ALMAĞA GƏLƏNLƏR POLİSƏ APARILDI

  • SpaceTV
  • 31 İyul 2020 15:30

Bu gün dünyanın bütün müsəlman ölkələrində Qurban bayramı qeyd olunur.Ölkəmizdə də böyük coşqu ilə keçirilən bu müqəddəs bayram bu il pandemiya dövrünü əhatə etdiyi  üçün  Qurbanlıq heyvanların kəsimi və satışı fərqli qaydada icra olundu.

Paytaxtın müxtəlif ərazilərində   yol kənarları, ümumi bazarlarda  bu il Qurbanlıq  heyvanların kəsimə və səyyar satışına icazə verilmədiyi üçün operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq karantin qaydalarına riayət etməklə yalnız qapalı ət satışı yerlərində kəsimə və  satışa icazə verilib

Ancaq bu gün paytaxtın müxtəlif yerlərində təşkil olunmuş bəzi satış yerlərində  karantin qaydaları kobud şəkildə pozulduğu üçün Qurbanlıq almağa gələn alıcıların və satıcıların yolu polisdən keçməli oldu.

Bazarın rəhbəri cərimə olunmaqla yanaşı ona məxsus bazarın fəaliyyətidə dayandırıldı.Qurbanlıq əti almağa gələnlər isə polis tərəfindən başqa ünvanlara yönləndirildi

Bəs ölkədə ət kəsimi və satış yerlərinə QTA tərəfindən nəzarət olunursa nədən karantin müddətindəxüsusilədə ,alıcıların daha çox bazarlara axın etdiyi bir müddətdə  bazarlaraezam olunmuş qurum əməkdaşları öz işlərinin öhtəsindən gələ bilmir?

Məlumat üçü bildirək ki, ölkəmizdə Qurban bayramı bu gün və sabah qeyd olunacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun