Quraqlıq

  • SpaceTV
  • 19 Noyabr 2019 14:31

Uzun illərdir ki, Taxılcılıqla məşğul olan Ağstafa sakini Eldəniz Babayev  bu ilin quraq keçməsi  səbəbindən  əkdiyi  sahəni  vaxtından tez  suvarmaq məcburiyyətində qalıb. Fermerin sözlərinə  görə   1 aydır  buğdanı  torpağa səpib. Lakin nəmişliyi olmayan quru  torpaqda buğda  bitməyib ki, bitməyib.  

Fermerlər hesab edir ki,  taxıl  yağışın suyu ilə  suvarılarsa    məhsuldarlıq  yaxşı olar.   

Yağışın yağması  torpağın şumlanmasına da   təkan vermiş olur . Belə ki   nəmli  torpaq   kotanla əkildikdə   daha   narın  olur  və   torpaq  üzərində   olan  bitgi  qalıqları da  cevrildiyi zaman  alt  qatda  cürüyərək   münbitliyi  artırır  . Lakin quru  torpaq üçün  demək  mümkün deyil .  Əkincilik  inistutunun  elmi işcisi  Valeh Həsənov da  bu il  fermerin xərclərinin artıq olacağını  düşünür .

Mütəxəsis onu da bildirir ki , bəzi təsərrüfatlarda fermerlər cüzi miqdarda yağıntı ilə kifayətlənərək suvarmanı dayandırırlar. Hal bu ki, yağıntılar az olan zaman suvarmanı davam etdirmək məhsuldarlığın artmasına səbəb olur.

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun