Belə ki, Quba ərazisində traktorun sürcüsü Tələt Rəsulov qazıntı işləri aparan zaman orada olan fəhləni görməyib və fəhlə traktorun çömçəsinin altında qalıb.Nəticədə 1986-cı il təvəllüdlü Şabran sakini Eldar Hüseynov ağır bədən xəsarətləri alıb və o hadisə yerində dünyasını dəyişib. Hazırda faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Emin Vaqifoğlu SPACE TV