Qubaya qar yağdı

  • Space TV
  • 31 Mart 2020 11:04

Ötən gün axşam saatlarından başlayaraq, Azərbaycanın şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.

APA-nın məlumatına görə, yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb.

Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən, Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub.

Qrız kəndində qarın hündürlüyü 10 sm-ə, Xınalıqda isə 2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.

Paylaş

 Xəbəriniz olsun