Qubaya axşam saatlarından etibarən qarın yağması çoxlu sayda turisti özünə cəlb edib

  • Space TV
  • 3 Yanvar 2020 15:35

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağmağa başlayıb. Ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 10 sm-ə çatıb. Qrız kəndində 5 sm, Təngəaltında 3 sm, Qubanın mərkəzində isə 1 sm qar müşahidə olunub. Qusarın Yasab kəndinə isə 1 sm qar düşüb. Qubanın Qrız və Xınalıq kəndlərində temperatur mənfi  9 dərəcəyədək enib. Yağan qar isə Şimal bölgəsinə çoxlu sayda turisti cəlb edib.Adi günlərlə müqayisədə bayram günlərində tursitlərin sayı artıb.Qubadakı istirahət mərkəzlərində dincəlmək istəyən  turistlərin əksərriyyəti daha çox Qəçrəş istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.

Hazırda qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də əcnəbilərində sayı heç də az deyil.

Qeyd edək ki,Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın olması da turist axınında böyük rol oynayır.Qış mövsümündə isə Quba rayonunda turistlər 10-dan çox istirahət mərkəzinin xidmətindən istifadə edə bilirlər. Hazırda rayona gələn qonaqlara 6 istiqamət üzrə turizm marşrutu təklif olunur. Qubaya gələn turistlər buradan Qusarın Ləzə və Həzrə kəndləri istiqamətində də səyahət edə bilərlər.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun