Qubalı donorlar könüllü qan verərək nəcib təşəbbüsə dəstək olublar .

  • Space TV
  • 25 Aprel 2020 14:40

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasına Quba sakinləri də qoşulublar.

Qanvermə aksiyası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya, Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının Quba rayon bölməsində Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib. Xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun