Qubadakı güclü yanğının qarşısı alındı

  • Space TV
  • 7 Fevral 2020 16:26

Quba rayonunun Qalxun kəndində baş verən yanğının qarşısı alınıb.

Bu barədə SPACE TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Qalxun kəndində ən yaxın Yanğından Mühafizə Hissəsindən 60 km-dən artıq məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayasının yanması və yanğının evlərə keçməsi ehtimalı nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri yanğın yerinə cəlb olunub. Bundan başqa nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri hadisə yerinə cəlb edilib. 

Görülmüş tədbirlər nəticəsində yanğının daha geniş əraziyə yayılmasının və daha böyük itkilərin qarşısı alınıb. Hadisə nəticəsində sahəsi müvafiq olaraq 100 kv.m. və 80 kv.m. olan iki ədəd ev, sahəsi 100 kv.m. olan digər evin 30 kv.m. hissəsi, ümumi sahəsi 120 kv.m. olan altı ədəd tövlə və dörd ədəd ot tayası yanıb. Ətrafdakı evlər, tövlə və ot tayaları yanğından mühafizə olunub.

12:30

Quba Rayonunun Qarxun kəndində güclü qasırğa baş verib.

SPACE TV -ın məlumatına görə, hadisə zamanı üç ev tamamilə yanıb.

Baş verən güclü külək kənd sakinlərinin evlərinə zərər vurub. Ot tayalarında başlayan yanğın evlərə keçib. Hadisə yerinə iki helikopter cəlb edilib.

Quba rayonun Qarxun kəndində baş verən yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Bu barədə SPACE TV-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır:

“Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin iki helikopteri hadisə yerinə cəlb olunub”.

Paylaş

 Xəbəriniz olsun