Qubada yeni körpü tikilir

  • Space TV
  • 15 May 2020 14:10

Görüntülər rayonun Xanagah kəndindəndir.Kəndi iki hissəyə ayıran cağacıq çayı üzərindəki körpü ötən ilin sonlarında istifadəyə verilsə də körpü su ötürücü borular vasitəsi ilə inşa edildiyindən gələn selə tab gətirir.Nəticədə isə sel sular körpünü yararsəz vəziyyətə salır.

Sakinlər deyir ki,Cağacıq çay xüsusi ilə bu aylarda daha təhlükəli olur.Ellə illər öncə coşan bu çay kənddən hətta bir neçə can da alıb.

Hazırda yeni tikilən körpünün uzunluğu 6 metirə yaxındır.Eni 4 metr olan körpünün hündürlüyü isə çay yatağından 3 metirdir.Körpü əvvəlkindən daha möhkəm dayaqlar üzərində inşa olunacaq ki,bu da gələn sel sularına tab gətirə biləcək.

Yeni körpünün inşası may ayının sonuna kimi planlaşdırılır.

                                                                             Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun