Qubada sıldırım qayalar yarılaraq sücülər üçün təhlükəli hesab olunan yol genişləndirilir.

  • Space TV
  • 10 Yanvar 2020 15:14

Söhbət Quba-Qonaqkənd avtomobil yolunun 29-30-cu kilometrliyindən,rayonun Təngəaltı kəndindən keçən hissəsindən gedir.Burada yol iki dağ arasından, 200 metr hündürlüyü olan Qoşaqaya, el arasında Təngə dərəsi adlanan sərt  qayalıqdan keçir.Bununla yanaşı yolun kənarından  Vəlvələçayı axır. Sel suları zaman-zaman yol yatağını yuyaraq ərazini daha keçilməz edib.Dağ isə sürücülər üçün həmişə təhlükəli hesab olunub.Hazırda sözügedən yolda dağ yarılaraq yol genişləndirilir.

Ərazidən keçən sürücülər xüsusən qış aylarında yolun keçilməz olduğunu bildirirlər.

Rayon mərkəzindən 33 km məsafədə yerləşən sıldırım qayalar, yaşıllıqlar,çay, meşə,şəlalələri ilə tanınan Təngəaltı,Afuruca kəndləri füsunkar mənzərəsi ilə turistlərin il boyu ən çox ziyarət etdikləri məkanlardan sayılır.Yolun yenidən qurulması ərazilərdə turizmin inkişafına da müsbət təsir gösətəcək.

Qeyd edək ki, Azərbaycan prezidenti  İlham Əliyevin sərəncamına əsasən yenilənən Quba-Qonaqkənd avtomobil yolu 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirir.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun