Qubada qazın verilişində məhdudiyyətlər yaranıb

  • SpaceTV
  • 28 Avqust 2019 10:46

Space TV xəbər verir ki,  “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, bu gün Quba şəhəri və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.

Məlumata görə, saat 09:30-dan Quba şəhəri və bir neçə kənddə yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş sızmaların ləğvi, abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi və s. ilə bağlı qazın verilişində məhdudiyyətlər yaranıb.

Paylaş

 Xəbəriniz olsun