Qubada qara rəngdə qar yağdı

  • SpaceTV
  • 27 Fevral 2020 12:04

Sakinlər deyir ki,axşam saatlarından başlayan yağıntı daha sonra öz rəngini dəyişib.Səhər saatlarında isə onlar qarın  fərqli rəngdə olduğunu müşahidə ediblər.

Bəziləri bunun havada olan  toz olduğunu desələr də kənd sakinləri  qar yağan zaman havada küləyin olmadığını qeyd edirlər .

Qeyd edək ki,bu maraqlı təbiət hadisəsi təkcə Təngəaltı kəndində deyil, rayonunu bir sıra ucqar dağ kəndləri olan Afurca, Aydınkənd və bu kəndlərə qonşu digər kəndlərdə də müşahidə edilib.

Emin Vaqifoğlu SPACE TV  

Paylaş

 Xəbəriniz olsun