Qubada Qanunsuz olaraq saxlanılan ov tüfəngi aşkarlanıb

  • Space TV
  • 9 Yanvar 2020 19:23

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə əməliyyat-axtarış tədbiri keçirilib.Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Qonaqkənd qəsəbə sakini Aydın Nəsirova məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin damından bir ədəd müvafiq sənədləri olmayan “İj-16” markalı ov tüfəngi və 12 ədəd patron aşkar edilərək götürüblər.

Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır. Faktla bağlı araşdırmalar aparılır.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun