Qubada karantini pozan obyekt işçiləri cəzalandırılıb

  • Space TV
  • 7 Dekabr 2020 12:35

Qubada karantin qaydalarını pozan obyektin fəaliyyəti dayandırılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Spacetv.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejim qaydalarına əməl olunması ciddi nəzarət edilir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman qaydaları pozaraq fəaliyyət göstərən telefon satışı və təmiri mərkəzi aşkarlayıblar.

Həmin obyektin fəaliyyəti dərhal dayandırılıb, orada çalışan altı işçi barədə inzibati qaydada tədbirlər görülüb.

Paylaş

 Xəbəriniz olsun